Ququ quşu

Ququ quşu, kül-boz üst hissələri və tünd zolaqlı ağ qarnı olan, göyərçin ölçülü bir quşdur. Ququ quşunu müşahidə etmək çox çətindir. Onu görməyi bacarsanız, yəqin ki, meşəlik arasındakı sahələrdə olduqca sürətlə uçan, tünd axıcı bir fiqur formasında görərsiniz. Ancaq çox ehtimal ki, onun səsini artıq eşitmisiniz. Bir erkək ququ quşu, varlığını elan edərək xarakterik "ququ, ququ" səsləri edir.
Ququ quşları bütün ərazilərdə, meşəlik və açıq ərazilərdən tutmuş dağ yamaclarına qədər olduqca yayqındır. Ququ quşu ilə əlaqəli ən maraqlı məqam, onların yuva qurmamasıdır. Yumurtalarını digər növün yuvalarına qoyurlar. Bala ququ quşları yuva quran quşun öz balalarından əvvəl çıxır və onları kənarlaşdırır.

Qidalanması. Həşəratlar - əsasən kəpənəklər (tırtıllar) və böcəklərlə qidalanır. Ququ quşu, xüsusi növlərə görə ixtisaslaşmır, çox sayda olan həşəratları tutur və buna görə qida tapmaqda çətinlik çəkmir.
Ququ quşunun yuvası. Öz yuvalarını qurmaq əvəzinə, Meşə Zövzəyi və Çəmənlik  kimi "ev sahibi" quşların yuvalarından istifadə edirlər. Dişi Ququ Quşu uyğun bir yuva tapdıqda, digər quşlar baxmadığı zaman yumurtalarından birini kənarlaşdırır və öz yumurtasını onun yerinə qoyur. Bəzən bu yuva, ququ quşunun balasından da kiçik olan quşlar tərəfindən qurulur. Bala yumurtadan çıxanda isə bu quşlar səhvən onu özünkü sayaraq, nəhəng balanı qidalandırmalı olur.
Qışlaması. Avropada yuva quran ququ quşların qışlama yerləri Afrikada, adətən savannalarda yerləşir. Asiyanın qərb hissəsindən gələn bəzi quşlar Avropada, digərləri Asiyada, Sakit okeandakı Yeni Qvineyaya qədər çatırlar.
Avropadakı ququ quşlarının sayı. Avropada ququ quşunun populyasiyası olduqca böyük və sabitdir, baxmayaraq ki, Qərbi Avropada, xüsusən də Fransada sayı azalır.