Köçəri quşlara maneə və təhlükələr

Threats and hazards to migrating birds
Foto – Cezary Korkosz
Ən tanınan, geniş yayılmış köçəri quşlarımızın bəziləri təhlükədədir. Məsələn, bugün uşaqlar ququ quşunun səsini valideynlərindən az, nənə və babalarından isə daha az eşidirlər. Bu quşların az görsənməsinin bir çox səbəbi var.
İqlim dəyişikliyi, isti qışlara və daha erkən yaylara səbəb olur. Köçəri quşlar çoxalma ərazilərinə gəldikdə, yeni yarpaqların ilk çiçəkləri və onlarla bəslənən tırtıllar artıq bitmiş ola bilər, buna görə yuvada körpələri olan ana quşlar üçün daha az yemək olur.
İqlim dəyişikliyi Afrikada quraqlığa da səbəb olur ki, quşların keçəcəyi səhra sahəsi hər il daha da böyüyür.
Bir çox bahar miqrantları yüzlərlə və ya min illər boyu yanımızda yaşayan "əkinçilik ərazisi" quşlarıdır. Lakin son yarım əsrdə kənd təsərrüfatı dəyişib. Əksər fermerlər məhsullarını həşərat və alaq otlarını öldürən kimyəvi maddələrlə yetişdirirlər. Quşların yem üçün həşərat və toxum tapa biləcəyi yerlər - böyük ağaclar və yuva quracaqları köhnə binalar daha azdır.
Şəhərlərimiz quşların qidalanması və istirahət etmələri üçün az yer buraxaraq, böyüyür. Müasir həyatın tələbi olan hündür binalar, yollar, dəmiryolları, elektrik xətləri, külək turbinləri və ötürücü dirəklər quşlar üçün maneə ola bilər və səhv yerlərdə tikilərsə hər il minlərlə quşu öldürə bilər.
Hər il Aralıq dənizindən keçərkən təxminən yarım milyard (500 milyon) quş atəş və ya tələyə düşməklə öldürülür. Bu quşların çoxu artıq nadir növlərə aiddir. Bu cür ov, çox vaxt qanuna və köçən quşların qorunması üçün beynəlxalq müqavilələrə zidd olmasına baxmayaraq, bəzən insanlar səhv olaraq bunu etməyi öz hüququ sayır.