Əksər veb saytlar kimi cookies istifadə edirik. Bundan məmnun qalırsınızsa, normal şəkildə davam edin - əks halda daha çox məlumat əldə edin buraya basın.
 
 
 
Əsas səhifə   ›   Köç (miqrasiya) haqqında
Çap et
Dosta göndər

Köç (miqrasiya) haqqında

Quşların ən təəccübləndirici  xüsusiyyətlərindən biri, onların hər il minlərlə kilometr uçub, qışı daha isti və uyğun iqlimdə keçirməkdir. Quşların hər il böyük dəstələrə yığışıb uzaqlara uçması çox qeyri adi və möhtəşəm görsənir.
Quşların əksəriyyəti qida tapmaq üçün köç (miqrasiya) edirlər. Qışda qida – cücü, meyvə, toxum tapmaq çətindir, cənubda yerləşən ərazilərdə isə bunu etmək mümkündür. Miqrasiya bir çox quşların qış vaxtı sağ qalmasını təmin edir, baxmayaraq ki, köç vaxtı tələfat olur.
Köç vaxtı sağ qalmaq üçün quşlar gərək sağlam olsunlar, çoxlu piy yığsınlar və təzə lələklərlə örtülü olsunlar. Çoxalmadan sonra və köçə başlamaqdan əvvəl quşlar “tamam təzələnir”. Onlar dəri altında çoxlu piy yığırlar və köhnəlmiş lələklərin əvəzinə təzə lələklərlə örtülürlər (lələkdəyişmə gedir).
Köç vaxtı quşlar müxtəlif yolla istiqamətlənirlər. İstiqamət tapmaq üçün onlar üç əsas mənbədən – günəşdən, ulduzlardan və maqnit  sahəsindən istifadə edirlər. Quşlar istiqaməti günəşə və ulduzlara görə seçirlər, onlar dimdikdən yuxarı yerləşən xüsusi reseptorlar (hüceyrələr) vasitəsi ilə maqnit sahəni hiss edirlər.
 

Spring Alive is supported by

HC Group