Əksər veb saytlar kimi cookies istifadə edirik. Bundan məmnun qalırsınızsa, normal şəkildə davam edin - əks halda daha çox məlumat əldə edin Buraya basın.
 
 
 
Əsas səhifə   ›   Yaşadığınız ərazi üçün təşviqat
Çap edin
Dosta göndər

Yaşadığınız ərazi üçün təşviqat

Threats and hazards to migrating birds
Foto – Cezary Korkosz
Vəhşi təbiətə vurulan zərərdən narahatsınız, ancaq bu barədə nə edəcəyinizi bilmirsiniz? Bəlkə təbiətdən zövq almaq üçün ən sevimli yeriniz var və qorunduğundan əmin olmaq istəyirsiniz?
Yerli bilikləriniz tez-tez bir dəyişiklik etmək üçün mükəmməl vəziyyətdə olduğunuz deməkdir. Ediləcək ilk şey öz özlkənizin BirdLife Partner-na (AOC) yaşadığınız ərazi üçün təhlükə barədə məlumat verməyinizdir.
Yaşadığınız ərazi üçün artıq təşviqat işləri aparan yerli qrupun olduğunu görə bilərsiniz. Əgər yoxsa, öz BirdLife (AOC) tərəfdaşınıza kömək edə bilər və ya edə biləcək digər insanlar və təşkilatlarla əlaqə qura bilərsiniz.
Baş verənləri yerli qəzetinizə və ya radio stansiyanıza bildirin. Facebook səhifənizdə bir yazı paylaşın və dostlarınızdan bu yazını paylaşmağı xahiş edin. Bir çox digər insanlar, sizin kimi yaşadığınız ərazi ilə  maraqlana bilər və xəbəri eşitdikdən sonra işə qoşulmaqdan məmnun olacaqlar.
Yerli icra bu işdə maraqlı olacaq, ona görə onlara niyə həmin yerin qorunması lazım olduğu haqqında bildirin!
Təhlükə zibil tökülməsindən və ya ovlanmaqdan, tələyə düşməkdən qaynaqlanırsa, bu qanunsuz ola bilər, buna görə yerli hakimiyyətə və ya polisə bu barədə məlumat verin və onlar bunun qarşısını ala bilərlər.

İnsanların gücü təbiəti xilas edə bilər
Son illərdə insanlar quşlar və digər canlılar üçün vacib olan bir çox yerləri zərərli təsirlərdən xilas edə bildilər.
Polşanın şimal-şərqindəki Rospuda Vadisi Avropanın son vəhşi təbiətinə malik ərazilərindən biridir. Qədim torf bataqlıqlarının, su bataqlıqlarının və ibtidai meşələrin sahəsi olan bu ərazi, qurd və qunduz, Ağquyruq qartal və Boz durna və Civdimdik kimi növlər üçün vacib bir sığınacaqdır.
1996-cı ildə bir qrup fəal, Polşanın şimal-şərqində Augustov şəhəri ətrafında birbaşa Rospuda Vadisindən keçəcək bir yol çəkmək planlarını elan etdilər.
Bu təklif kütlənin etirazına səbəb oldu və Polşa Quşların Mühafizəsi Cəmiyyətləri (Polşadakı OTOP / BirdLife) arasında əsas olan yerli ətraf təşviqatçı və təşkilatların bir koalisiyasını meydana gətirdi. Rospudanı qorumaq üçün geniş bir təşviqat işləri başlatdılar və çox keçmədən Polşada minlərlə insan dəstəyini göstərmək üçün yaşıl lent geydi.
OTOP və koalisiya hökumətə təzyiqləri davam etdirdi. Uzun illər davam edən təşviqat və qanuni mübahisədən sonra, 2009-cu ilə qədər, hökumət Rospuda Vadisi -  Augustóv şəhəri yaxınlığında yolun qurulmasını qadağan etdi.
 
Maltada könüllülər, köçəri quşların qanunsuz ovlanmasının qarşısını almaqda səy göstərən vacib  bir kütlədir. Hər il BirdLife Malta iki təbiəti qoruyan düşərgə təşkil edir: aprel ayında yaz müşahidə düşərgəsi və sentyabrda yırtıcı quşlar üçün düşərgə.
Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya, Danimarka və Finlandiya daxil olmaqla bir çox ölkədən könüllülər, polisə qanunsuz fəaliyyətlər barədə məlumat verməklə quşların miqrasiyasını izləmək və qanunsuz ova maneə törətmək üçün gəlirlər.

Cənubi Afrikadakı Vokerstrum ətrafındakı bataqlıq nadir durna və köçəri yırtıcı quşlar da daxil olmaqla yüzlərlə quş növü üçün vacibdir. Ərazi eyni zamanda Afrikanın cənubundakı əsas çay sistemlərinin mənbəyidir.
2008-ci ildə ərazi açıq kömür mədəni üçün bir planla təhdid edildi. Cənubi Afrikadakı BirdLife təşkilatı, yerli quş klubları şəbəkəsi ilə, ictimai şüurun artırılması, məhkəmə sisteminə və hökumətə lobbiçilik etmək üçün yorulmadan çalışan bir qrup QHT-ni yaratdı.
2010-cu ildə kömür şirkəti nəinki irəli sürdüyü planı geri çəkdi, həm də QHT qrupuna xərcləri və itirdiyi vaxt üçün ödəniş etdi.

Spring Alive is supported by

HC Group