Əksər veb saytlar kimi cookies istifadə edirik. Bundan məmnun qalırsınızsa, normal şəkildə davam edin - əks halda daha çox məlumat əldə edin Buraya basın.
 
 
 
Əsas səhifə   ›   Leylək yuvalarının ətrafını təmizləmək
Çap edin
Dosta göndər

Leylək yuvalarının ətrafını təmizləmək

Threats and hazards to migrating birds
Foto – Ludek Culik
Leyləklər yuvaları üçün materiallar toplayarkən təhlükəli ola biləcəyini bilmədən müxtəlif tullantı əşyaları gətirə bilərlər. 1980-ci illərdən bəri, yüzlərlə leylək yuvalarına toxunmuş plastik (polipropilen) tor daxil etmişdir. Təhlükə, əsasən yuvada olan bala quşlara aiddir, onlar ayaqları və ya qanadları ilə onlara dolaşa bilər və ciddi xəsarət alar. Bəzən ölümlə nəticələnə bilər.
Plastik torbalar başqa bir ciddi təhlükədir. Bala başını bu torbaya keçirsə, gec çıxarsa və ya çıxara bilməsə boğula bilər.
Siz, dostlarınız və sinif yoldaşlarınız, bəsləndiyi və material topladığı sahələrdən iplər, plastik torbalar və digər təhlükəli tullantıları çıxardaraq, leyləklərə kömək edə bilərsiniz. Dolaşmış və digər təhlükədə olan bala görsəniz, Azərbaycan Ornitoloji Cəmiyyətinə (AOC) müraciət edin ki, onu xilas edib, sərbəst buraxsınlar.

Spring Alive is supported by

HC Group