Əksər veb saytlar kimi cookies istifadə edirik. Bundan məmnun qalırsınızsa, normal şəkildə davam edin - əks halda daha çox məlumat əldə edin buraya basın.
 
 
 
Əsas səhifə   ›   İqlim dəyişikliyi
Çap et
Dosta göndər

İqlim dəyişikliyi

İqlim dəyişikliyi problemi
İqlim, bir bölgənin uzun müddət ərzində ortalama hava şəraiti deməkdir. Məsələn, müəyyən bir yerdə yaz günü yağışlı və nəmli ola bilər, amma insanlar bu bölgədəki yazın əsasən günəşli və isti olduğunu bilirlər: müəyyən bir günün havası nəm olmasına baxmayaraq, iqlim və ya ərazinin adi havası, qurudur. İqlim dəyişikliyi bu uzunmüddətli hava şəraitinə təsir göstərir. Məsələn, illər ərzində qış tədricən isti, yay isti və quru ola bilər.
İqlim dəyişiklikləri qlobal istiləşmədən qaynaqlanır ki, bu da planetimizin ümumi istiliyində ortalama artımdır. Yer üzündə isti olduqda, yağıntılar və dəniz səviyyələrində dəyişikliklər vəhşi təbiətə və insanlara böyük təsir göstərir. Elm adamları iqlim dəyişikliyindən bəhs edərkən, ümumiyyətlə istixana effekti nəticəsində yaranan qlobal istiləşmə nəzərdə tutur. İstixananın şüşəli pəncərələri günəş işığını keçirir, amma istiliyin çıxmasına imkan vermir, nəticədə çox isti olur.
Yer öz atmosferi ilə əhatə olunmuşdur. Bir hissəsi nəfəs aldığımız havanın tərkibində olan bu atmosfer müxtəlif qazlarla doludur. Bunlardan bəziləri, məsələn, karbon qazı, istixanada şüşə panel pəncərələri kimi özünü göstərir, istinin kosmosa keçməsinə maneə törədir; buna görə də onları istixana qazları adlandırırıq. Günəş işığı istixana qazlarının qatından keçərək atmosferə daxil olur. Sonra günəş işığından gələn enerji sular, quru və canlılar tərəfindən udulur. Sonradan bu enerji tədricən atmosferə qayıdır və oradakı istixana qazlarının miqdarı nə qədər çox olarsa, daha çox istilik saxlanılır. Buna istixana effekti deyilir.
İstixana qazları təbiətdə olur və düzgün nisbətlərdə yer üçün çox faydalıdır. Planetimizin istiliyini artırırlar və onsuz canlılar üçün çox soyuq olardı.  Ancaq istixana effekti çox güclü olduqda, yerdəki temperatur çox tez və həddən artıq yüksəlir. Hava istiliyində çox kiçik dəyişikliklər də insanların, heyvanların və bitkilərin həyatına ciddi təsir göstərə bilər;  qəfl temperaturun yüksəlməsi qasırğalar, daşqınlar, istilik, quraqlıq və fırtına kimi daha ekstremal hava hadisələrinə səbəb olar və qütb buz örtükləri əriyən zaman dəniz səviyyələri yüksələr. Fəsillərin başlanğıcı və sonu dəyişər və bu yer kürəsindəki bütün həyata təsir edər.
Baş verən iqlim dəyişikliyini öyrənməyin yollarından biri köçəri quşların gəliş tarixlərini müşahidə etməkdir: Canlı Bahar layihəsinin arxasında duran məhz budur! İqlim dəyişikliyinə görə quşlar qışlama yerlərindən daha erkən qayıdır və yumurtalarını daha tez qoyurlar. Bu o deməkdir ki, bəziləri qida, məsələn, həşərat və ya meyvəni tapmaqda problemlə rastlaşa bilər, çünki bunlar hələ yoxdur. Həm də adi yaşayış yerlərinin uyğun olmadığı, həddən artıq nəm və ya quru, çox isti olduğuna görə yeni ərazilərə köçməyə məcbur ola bilərlər.
İqlim dəyişikliyinin azalmasına kömək etmək, atmosferdəki istixana qazlarının səviyyəsini azaltmaq üçün nə edə bilərsiniz? Çalışın:
  • evdə və məktəbdə enerjiyə qənaət edin (bir otaqdan çıxanda işığı söndürün, elektron cihazları gözləmə rejimində buraxmayın və s.); bu enerjinin çox hissəsi istixana qaz yanacaqları yandırmaqla istehsal olunur
  • avtomobillər əvəzinə ictimai nəqliyyatdan və velosipeddən istifadə edin; benzin və dizel mühərriklər də yandırıldıqda çox sayda istixana qazı çıxır
  • atmosferdən karbon qazını udacaq bitkilər, ağaclar əkin,
  • tullantıları ayırın və təkrar istifadə edin, bu da yeni məhsullar istehsal etmək üçün sərf olunan enerjini azaldır,
  • enerjiyə qənaət edən məhsullar alın,
  • başqalarına iqlim dəyişikliyi və onun təsirlərinin artmasının qarşısını almağa kömək edən məlumatlar verin.
     

Spring Alive is supported by

HC Group