Əksər veb saytlar kimi cookies istifadə edirik. Bundan məmnun qalırsınızsa, normal şəkildə davam edin - əks halda daha çox məlumat əldə edin buraya basın.
 
 
 
Əsas səhifə   ›   Necə iştirak etmək
Çap et
Dosta göndər

Necə iştirak etmək

  “Canlı Bahar” layihəsində iştirak etmək çox asan və maraqlıdır.
“Canlı Bahar” layihəsi  sadə quş müşahidə tədqiqatıdır. Siz ağ leyləyi, kənd qaranquşunu, uzunqanadı, ququ quşunu, qızılı qızlarquşunu və sahil qaranquşunu hər il birinci dəfə gördüyünüzü qeyd etməlisiniz.
BirdLife İnternational təşkilatının tədqiqatçıları sizin köməyinizlə baharın gəlişini izləyə biləcəklər. İştirakçıların  birinci dəfə quşu qeyd edən həftəni biz müəyyən edəcəyik.
Vebsayta məlumatı necə daxil etmək olar?
Məlumatı çox asan yolla vebsayta daxil etmək olar. Aşağıdakıları edin:
1. Canlı baharın növləri bunlardır – ağ leylək, kənd qaranquşu, qara uzunqanad, ququ quşu, qızılı qızlarquşu, sahil qaranquşu. Ölkənizə gələndə bu növləri qeyd edin.
2. Diqqətli olun, bu növləri həmin ildə birinci dəfə görəndə və ya eşidəndə, məlumatı bizim vebsayta daxil edin. Yadınızda saxlayın! Bizim üçün sizin, bu növləri yalnız birinci dəfə qeydə almağınız vacibdir!
3. Özünüz üçün qeyd etdikdən sonra bizim vebsaytın “Müşahidələrini daxil et” bölməsinə girin və qeydiyyat fomasında tələb olunan yerləri doldurun. Bütün tələb olunan yerləri doldurduqdan sonra, formanı bizə göndərin, bunun üçün “daxil et” düyməsini basın.
4. Sonra xəritədə sizin qeydinizin "canlı bahar" layihəsini nə qədər irəli apardığını görəcəksiniz.
5. Dostlarınıza da bu haqda xəbər verin. Onlar da bizə kömək edə bilər.
Öz “Canlı Bahar” müşahidənizi yaşadığınız yerin və ya oxuduğunuz məktəbin ətrafında, yaxud bazar günü gəzintidə edin.
“Canlı Bahar” layihəsinin sizin ölkənizdə nə vaxt başlanması haqqında məlumatı siz “Növləri yaxından gör” bölməsindən və yaxud sizin ölkənizdəki BirdLife həmkarının vebsaytında tapa bilərsiniz.
Növü gördükdə, qeydiyyat vaxtını və rayonu qeyd etməlisiz. Quşların sayı və ya dəqiq yerin adı vacib deyil.
Siz “Canlı Bahar” müşahidənizi yaşadığınız yerin və ya oxuduğunuz məktəbin ətrafında, yaxud valideyinlərinizlə etdiyiniz bazar günü gəzintidə apara bilərsiz. Çox guman ki, ən yaxşı müşahidələrinizi şəhərdən kanarda edə biləcəksiz, çünki 4 növdən 3-ü orada yaşayır. Əgər siz şəhərdə yaşayırsızsa, onda birinci növbədə uzunqanadı axtarın, çünki bu quş şəhərdə yaşayır.
Sonra siz müşahidənizi vebsayta daxil edə bilərsiz və biz baharın gəlişini əks etdirən xəritəni yaradarıq.
 

Spring Alive is supported by

HC Group