Ən sevdiyimiz qonşularımızla tanış olaq!
Kənd qaranquşları dünyanın ən geniş yayılmış və tanınan quşlarından biridir. Gəlin onlarla tanış olaq! :)
Şəhər qaranquşu, Kənd qaranquşu, Sahil qaranquşu və Uzunqanad arasındakı fərqlər nələrdən ibarətdir?
Bu dörd oxşar köçəri növü identifikasiya etmək üçün,
BBC Nature bələdçisindən istifadə edin.

Qonşuluqda qaranquşun olmasına görə şanslıyıq
 |
Gəlin qonşuluqda onlarla mehriban olaq! © SEO |
Əvəllər qaranquşlar mağaralarda və qayalarda yuva qurub, çoxalırdı. İndi isə insanları qonşu kimi qəbul edib, yuvalarını eyvanlarda, şüşəbəndlərdə, təsərrüfat anbarlarında, evlərin daxili və xarici divarlarında qururlar. Bu onların ən geniş yayılmış quş növlərindən biri olduğunu göstərir. Yuvaları lələklərlə örtülmüş palçıq və otlardan ibarətdir.
Qaranquşlar əla uça bilir
Qaranquşlar - sürətlə, axan, zərif uçuşla tarlalar üzərində aşağıdan süzərək uçan - kiçik, köçəri quşlardır. Əsasən yeməklərini havada ələ keçirirlər, lakin hava pis olanda yerdə qida tapırlar.
Qaranquş həşərat yeyir!
Qaranquşlar əkinçilərin dostudur, çünki kənd təssərrüfatına ziyan vuran çox sayda həşərat yeyə bilirlər. Qaranquşlar milçək, böcək, arı, qanadlı qarışqa, güvə, çəyirtkə, hörümçək, ilbiz və digər həşəratları yeyir. Bəzən giləmeyvə və ya toxum da yeyirlər. Uğurlu şəkildə böyüyən balaların sayı ətraf mühitin nə qədər sağlam olduğuna işarədir: daha çox qida- daha çox bala!
Qaranquşlar dünyanın hər yerində rast gəlinir - köçəri həyatları hamıya tanışdır!
Qaranquşlar köçəridir, yəni bahar və payızda çoxalma və qışlama yerləri arasında uçaraq böyük məsafələr qət edir. Qaranquşlar insanları köçləri boyunca bir araya gətirmək gücünə malikdirlər - məsələn, Spring Alive-nin "Bahar əkizləri" proqramı ilə.
 |
© WBSJ / Spring Alive |
 |
© WBSJ, adapted from "Tanbo no ikimonotachi Tsubame" and "The Barn Swallow" (Life in the paddy field - Barn Swallow, Kazuo Koyama, Nobutoshi Sato, Hitoshi Watanabe, published by Nobunkyo, Tokyo 2012) |
 |
© WBSJ; Illustrations by Minori Kataoka |
Qaranquşlarımıza təhlükə!
 |
© Cezary Korkosz |
 |
© SEO |
Necə kömək edə bilərəm?
Canlı Bahar 2016:
Qonşuluğumdakı qaranquşlar
Qaranquş tədqiqatçısı ol!
Köçəri qonşularınızı qarşılayın!
Yaşayış yerlərindəki həşəratları yeməklə yanaşı, kənd, şəhər və sahil qaranquşlarının uçmağını, yuva qurmağını seyr etmək heyrətamizdir. Qaranquşlar insanlarla uzun müddətdir ki, yaxşı əlaqə qurublar. Bu yaxşılığı necə qaytara bilərik?
Onları narahat etmədən yuva qurmasına kömək etmək:
Bəzi insanlar bu xüsusi quşların evlərdə və ya binalarda yuva qurmağının narahatlıq və natəmizlik olduğunu düşünürlər!
Qaranquşların nə qədər ecazkar olduğunu, necə azaldıqlarını və xoş qarşılanmalı qonaqlarımız olmalarını onlara izah etməlisiniz. Bundan əlavə, natəmizlik problemini həll etmək asandır: yuvaları məhv etmək əvəzinə, nəcisə qarşı altına kiçik bir taxta qoyun. :)
Bağınızda həşəratları cəlb etmək üçün çiçək və bitkilər əkin!
Yaponiyanın Vəhşi Quşlar Cəmiyyətinin bələdçisindən istifadə edin:
Barn Swallow Observation Guide - sorğu formaları və sorğuların necə aparılması barədə təlimatları olan məktəblər və müəllimlər üçün əla bələdçi!