QIZILI QIZLARQUŞU

Bee-eater is one of the most colorful birds in Europe. A bottom of its body is blue-green and on a top you can mainly see red and orange although there are some green and blue shades there.

Learn about the QIZILI QIZLARQUŞU

Basic information

Qızılı qızlarquşu. Qızılı qızlarquşu Avropanın ən rəngli quşlarından biridir. Bədəninin aşağı hissəsi mavi-yaşıl rəngdədir, üst hissəsində əsasən qırmızı və narıncı rəngləri görə bilərsiniz, baxmayaraq ki, orada bəzi yaşıl və mavi çalarlar da var. Dimdiyinin altında geniş sarı ləkə görürsən və qırmızı gözdən qara bir zolaq keçir. Rənglərin çoxluğuna baxmayaraq, onu yaşadığı çiçəklərlə dolu çəmənliklərdə görmək asan deyil. Bu quşu müşahidə etmək üçün, həşəratlarla qidalanma zamanı məftillərə, hündür ağaclara və digər yüksək ərazilərə oturmağını gözləmək lazımdır.

Cavan qızlarquşu və yetkin fərd arasındakı fərqi necə izah etmək olar? Cavan qızılı qızlarquşu yetkinlərdən daha az parlaq və daha kiçikdir. Cücələrin quyruqlarında uzun orta lələk yoxdur.

Qidalanması. Əsasən uçan həşəratları yeyirlər. Adətən müxtəlif növ arılar, bəzən cırcırama tuturlar. Bəslənmə dövründə hər gün 225 arı ağırlığında həşərat tutmaq məcburiyyətindədirlər.

Qızılı qızlarquşunun yuvası. Qızılı qızlarquşu, çox vaxt çaylara və ya digər su anbarlarına yaxın ərazidə, gözəl mənzərəli açıq sahələr axtarır. Dik yamaclarda torpaq üzərində yuvalar qurur, burada çoxalmaq üçün yeraltı yuvalar (dərinliyi 1.5-3 m) qazırlar. Qızlarquşu bir-birlərinə balalarını böyütməyə kömək edir, birgə yaşamağı sevirlər.


Qışlaması. Qızılı qızlarquşunun qışlama yerləri Afrikada, Sahara səhrasından cənubda yerləşir.

Avropada qızılı qızlarquşunun populyasiyası. Qızılı qızlarquşu əsasən Avropanın cənub və cənub-şərq hissəsində yayılıblar.

Migration information

Qızılı qızlarquşunun, Ağ leyləklər kimi, iki əsas köç yolu var. Avropanın cənub-qərbindən olan quşlar Gibraltar boğazından keçir və cənuba istiqamətlənib, Sahara səhrasından uçaraq, Qərbi Afrikaya yola düşürlər. Şərqi Avropadan quşlar İsrail vasitəsilə Afrikanın cənubuna gedir.
Cücələr böyüdükdə Qızılı qızlarquşu böyük, hətta 120-dən çox quşdan ibarət qruplar meydana gətirirlər. Sonradan bu böyük sürülər daha kiçiklərə bölünür.
Quşlar səyahət zamanı bir çox çətinlik və təhlükə ilə qarşılaşırlar. Bəzilərinə insanlar səbəb olur. Qızılı qızlarquşunu zərərverici kimi qəbul edib arıçılar tərəfindən öldürüldükləri ölkələr də var. Tədqiqatçılar, payızda Avropanı tərk edən Qızlarquşundan birinin yazda geri dönəcəyini təxmin edirlər.

QIZILI QIZLARQUŞU

records

Gallery


dd

Species Fact Sheet

QIZILI QIZLARQUŞU

Scientific Name
Merops apraster
Length
28cm
Wing Span
46cm
Weight
61g
Distribution
BREEDS: south and central Europe, north Africa, south and central Asia, southern Africa WINTERS: Sub-Saharan Africa and west India
Conservation Status
Globally least concern
Habitat
Open country, woodland and farmlands
European Spring Migration
Typically late April to early June
African Spring Migration
Typically late July to early September
Number Broods
1
Egg Size
26x22mm weight 6,5g (of which 6% is shell)
Clutch Size
6-7 eggs
Incubation period
20 days by both male and female
Fledgling period
30 days
Maximum Age
6 years
Typical Life Span
6 years

Other Spring Alive websites